Burada dayanmaq olarmı?
A) Olar
B) Olmaz
Burada suala doğru cavab vermək üçün YHQ 52-ci maddəsinə nəzər salmaq lazımdır.
52-ci maddə bizə ilk bənddən harada dayanmaq olar ya yox onu izah edir:
Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir.
Həm dayanma və durmanı qadağan edən yerləri də göstərir:
1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda;
Qanun-un 3-cü bəndi dayanmanın qadağan edilən yerlərindən biri kimi kəsişmə və ya hərəkət hissəsinin kəsişməsindən 5 metrdən az məsafədə dayanmanı qadağan edir. Həmçinin, 6-cı bənd dayanmanın qadağan olunduğu yerlərdə durmağı da qadağan edir.
Bu o deməkdir ki, ərazidə parklanan avtomobillərin bir çoxu YHQ 52-ci maddənin tələblərini pozublar.
Yenilənib: 09 May 2025 · Mənbə: AvtoStop redaksiyası



