Təsəvvür edin ki, yolayrıcında sağdakı avtomobil sağa dönmək üçün yaşıl ox işığının yanmasını gözləyirBəs həmin zolaqda düzünə hərəkət etmək istəyən avtobus sürücüsü nə etməlidir?

Cavab sadədir: Gözləmək lazımdır.

Niyə?

Sağ zolaqda hərəkət edirsinizsə və o həm düz, həm də sağa dönmək üçün nəzərdə tutulubsa, digər nəqliyyat vasitələrinin hərəkətini gözləməlisiniz.

Əgər avtobus sürücüsü dayanmış avtomobili yan keçərək düz hərəkət etməyə cəhd edərsə, yol nişanlanmasına və qaydalara zidd bir hərəkət etmiş olar. Həmçinin, qarşıdakı avtomobilə işıqla, səs siqnalı ilə işarə vermək də olmaz.

Xüsusilə, əgər orada kamera varsa, bu hərəkət avtomatik olaraq qayda pozuntusu kimi qeydə alınacaq.

Belə situasiyalarda səbirli olmaq və qaydaları pozmadan hərəkət etmək ən doğru seçimdir!

Yenilənib: 20 May 2025 · Mənbə: AvtoStop redaksiyası