ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir;
Buradan bizə məlum olur ki, hərəkət zolağını dəyişib nəqliyyat vasitəsini ötüb keçmək ötmə sayılır. Yəni, qanunda qarşı yola çıxmaq və ya çıxmamaq nəzərdə tutulmayıb. Zolağı dəyişmək əsas meyar olaraq götürülüb.
İndi isə şəkildəki vəziyyətə diqqət edək.
Biz burada ötməni qadağan edən nişanı görürük və yanqoşqusu olan motosiklet qarşımızda hərəkət edir. Dərhal yadımıza YHQ 51-ci maddə düşür:
nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə__) - qadağandır.
Bəs bu maddəyə görə bizə cərimə yazıla bilərlərmi? Birmənalı olaraq xeyr yazıla bilməz.
Çünki, biz hərəkət zolağını dəyişmirik. Zolaq içərisində manevr edirik. Bu manevr isə ötmə deyil, üstələmə adlanır.
Eyni situasiyada motosikletin yerinə avtomobil olsa belə, bizə cərimə yaza bilməzlər.
Çünki YHQ 1-ci fəsil, 1-ci maddə, 39-cu yarımbəndinə uyğun olaraq biz ötməni həyata keçirməmişik (zolağımızı dəyişməmişik).
Yollarda diqqətli və ehtiyyatlı olun.
Yenilənib: 25 May 2025 · Mənbə: AvtoStop redaksiyası



