⚡Elektromobildə şüalanma varmı?
Son vaxtlar elektromobillərin sürətlə yayılması ilə bağlı yeni suallar ortaya çıxır. Onlardan biri də belədir: “Elektromobil elektromaqnit şüalanma (EMİ) yayırmı və bu, insan üçün təhlükəlidirmi?”
🔌 Elektromobildə EMİ nədən yaranır?
Elektromobilin əsas hissələri – batareya, naqillər və elektrik mühərriki – işlədikcə aşağı tezlikli elektromaqnit sahələri yaradır. Bu, istənilən elektrik cihazında müşahidə olunan təbiidir.
Elektromobil təhlükəlidirmi?
Aparılan araşdırmalar göstərir ki:
- Sürücünün baş səviyyəsində elektromaqnit şüalanma normanın 2%-dən azdır.
- Avtomobilin döşəmə səviyyəsində isə bu göstərici normanın 20%-dən azdır.
Yəni elektromobildə EMİ səviyyəsi beynəlxalq standartlardan qat-qat aşağıdır və insan sağlamlığı üçün təhlükə yaratmır.

⚖️ Digər cihazlarla müqayisə:
Elektromobillər də digər elektrik cihazları kimi EMİ mənbəyidir. Amma buradakı şüalanma tozsoran, fen, televizor və ya mobil telefon kimi gündəlik məişət cihazlarından daha yüksək deyil.
İnsan orqanizminə təsiri
Çox yüksək dozada EMİ orqanizmdə qan dövranına təsir edə və əsəb sistemi ilə bağlı problemlər (yaddaş zəifləməsi, əsəbilik, yuxusuzluq) yarada bilər.
Amma elektromobillərdə belə yüksək dozaya çatmaq mümkün deyil.
Əlavə üstünlüklər
Ən əsası isə elektromobillər daxiliyanma mühərrikli avtomobillərdən fərqli olaraq heç bir zərərli qaz buraxmır. Bu da onların həm ekologiya, həm də sağlamlıq baxımından üstün olmasını göstərir. Elektromobillərdə elektromaqnit şüalanma var, amma bu, təhlükəli həddən dəfələrlə aşağıdır. Yəni nə folqa papağa, nə də “svinç alt paltara” ehtiyac yoxdur. Sadəcə daha təmiz hava, daha sakit şəhərlər və yaşıl gələcək var. 🌱
Yenilənib: 17 Sentyabr 2025 · Mənbə: AvtoStop redaksiyası



