Qaydalar əsasən piyadalara mane olmuruqsa, hərəkəti davam etdirə bilərik (__yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda__, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;) .

Bu haqqda saytımızda məqalə yazmışıq. Lakin əgər pioyada vurulması ilə bağlı hər hansı bir hadisə baş veribsə, bu məqaləni də oxumağınızda fayda var.

Burada digər məsələ velosipedçi ilə bağlıdır. Bunun üçün YHQ-nun 46-cı maddəsinə baxmaq lazımdır. Bu maddədə "Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər" öz əksini tapır. Bu haqqda da ayrıca məqaləmiz var.

46-cı maddənin 3-cü hissədində deyilir:

Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Bu halda sürücü üstünlük hüququna malik olduğu üçün velosipedçi gözləməlidir.

Yollarda ehtiyyatlı olun.

Yenilənib: 11 May 2025 · Mənbə: AvtoStop redaksiyası