Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılır. Qəzada Bikənin qolu qırılır və işıq dirəyi əzilir.

Qanunvericiliyə əsasən, bu hadisədə Əhmədi hansı cəza gözləyir və icbari sığorta və ya KASKO sığortası hansı hallarda ödəniş edir?

Əhmədin yol şəraitinə uyğun olmayan sürət seçməsi və avtomobilin idarəetməni itirməsi "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin tələblərinə ziddir. Bu maddə sürücüdən yol şəraitinə uyğun sürət seçməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tələb edir.

Əgər hadisə nəticəsində sərnişin xəsarət alıbsa, bu halda məsuliyyət daha ağır ola bilər. Xəsarət yüngül dərəcədədirsə, buna görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.” (İXM 327.8)

İcbari sığorta haqqında Qanunun 7-ci maddəsinə əsasən, sığorta şirkəti sürücünün yaxın qohumlarına, yəni ailə üzvlərinə zərər dəyməsi halında kompensasiya ödəmir. Yəni, Bikə Əhmədin həyat yoldaşı olduğu üçün icbari sığortadan təzminat ala bilməyəcək.

KASKO Sığortası olsaydı nə olardı?

Əgər Əhməd KASKO sığortası əldə etsəydi, vəziyyət fərqli ola bilərdi. KASKO sığortası könüllü sığorta növü olduğuna görə, o, həm sürücünün özünün, həm də yaxın qohumlarının sağlamlığına və əmlakına dəymiş zərəri də qarşılayır. KASKO həm avtomobilin təmir xərclərini, həm də Bikənin müalicə xərclərini təmin edə bilərdi. Həmçinin, işıq dirəyinə dəymiş zərər üçün də KASKO sığortasından ödəniş almaq mümkün olardı.

Əhmədin vəziyyətində KASKO sığortasının olması həm maliyyə yükünü, həm də hüquqi məsuliyyəti xeyli yüngülləşdirə bilərdi. İcbari sığorta yalnız üçüncü şəxslərə dəymiş zərəri qarşılayır, lakin ailə üzvləri bu anlayışa daxil deyil.

Yenilənib: 16 May 2025 · Mənbə: AvtoStop redaksiyası