Ancaq belə bir manevr qanunvericilik baxımından düzgün sayılmır.
Niyə bu manevr təhlükəlidir və hansı qaydalar pozulur?
Bizdə (YHQ 42-ci maddə) sola dönmə və ya “bu istiqamətə” hərəkət üçün yolun məhz sol kənar zolağında yer tutmaq tələb olunur.
Bu o deməkdir ki, sürücü sol dönməni həyata keçirmək üçün sağ zolaqdan birdən-birə sola keçib dönməyi planlaşdırırsa, qayda pozuntusuna yol verir.
Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır.
- Bu qayda pozuntusu həm də yolun digər hərəkət iştirakçıları üçün gözlənilməz vəziyyət yaradır və qəzaya səbəb ola bilər. Bəzi sürücülər belə situasiyada “sağdan maneə” prinsipinə əsaslanaraq üstünlüyə iddia edirlər, lakin qaydalara əsasən, əslində sol zolağı tutmalı olduğu halda sağdan qaçaraq sola dönən sürücü əvvəlcə yol-hərəkət qaydalarını pozmuş hesab olunur.
- Nəticə: bu cür manevr sürücüyə sağdan gələn nəqliyyat vasitələrinə qarşı üstünlük qazandırmır. O, zolağı düzgün seçmədiyi üçün “sağdan gələn maneə” prinsipi ilə mübahisəyə hüquqi əsas tapa bilməz.
Cərimə və məsuliyyət
Sürücünün belə qayda pozuntusuna görə (İXM 327.1) ona 40 manat məbləğində cərimə tətbiq oluna bilər.
Sola dönmək üçün həmişə yolun müvafiq sol kənar zolağından istifadə edilməlidir. Sağ zolaqdan “birdən sola dönüş” — təhlükəli olduğu kimi, qaydaların da pozulması deməkdir və bu halda “sağdan maneə” qaydasına istinad edərək üstünlüyə arxalanmaq mümkün deyil. Qanuna əsasən, belə manevrin iştirakçısı 40 manat məbləğində cərimə ilə cəzalandırıla bilər.
Yenilənib: 26 May 2025 · Mənbə: AvtoStop redaksiyası



