Bu yazıda YHQ-nin 42-ci maddəsinin məğzini başa salacağıq və niyə bəzi dönmə trayektoriyaları qəza səbəbinə çevrilir – bunu izah edəcəyik.
Şəkilə diqqət yetirin: Yuxarıdakı vəziyyətdə qırmızı və ağ avtomobillər hər ikisi sola dönmək istəyir. Amma onların ortasında yaşıl adacıq var – bu isə faktiki olaraq yolu iki ayrı kəsişməyə bölür. Sürücülər bir birinin sol qapısı iostiqamətində dönməni etməlidirlər.
Bəs qayda nə deyir?
Yol Hərəkəti Qaydalarının 42-ci maddəsinə əsasən:
“Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin.”
Bu nə deməkdir?
Bu o deməkdir ki, sürücü sola dönərkən öz yolundakı kəsişmədən çıxmalıdır. Yəni öz zolağında qalaraq, qarşı tərəfə keçmədən dönməlidir. Əgər dönərkən qarşıdan gələn nəqliyyatın yoluna çıxırsa, bu artıq qanun pozuntusudur. Sağ qapı üzrə dönmə nəticəsində əks istiqamətdə oluruq.
Səhv haradadır?
Qırmızı avtomobil ayrıcı zolağın digər tərəfindən dönür, bu isə o deməkdir ki:
- Öz yolunun kəsişməsini tərk etməyib
- Əksinə, qarşıdan gələn istiqamətin yoluna çıxır
- Beləliklə də qarşı tərəfin zolağını kəsərək 42-ci maddəni pozur.
Əgər bu yolda qarşıdan avtomobil gəlirdisə, qırmızı sürücü onunla toqquşma riski yaradır.
Niyə bu qayda vacibdir?
Təhlükəsiz trayektoriya: Dönmə manevri zamanı hər sürücü yalnız öz kəsişmə hissəsində hərəkət etməlidir.
Zolaqların qorunması: Əgər hər kəs istədiyi trayektoriya ilə dönsə, kəsişmələrdə xaos yaranar.
Qarşıdan gələnlərə yol vermək: Ayrıcı zolaq varsa, hər istiqamətin dönməsi öz kəsişməsi daxilində icra olunmalıdır.
Sola dönərkən həmişə yolun quruluşuna baxın. Əgər ortada yaşıl adacıq və ya beton sədd varsa – bu artıq ikili kəsişmə deməkdir.
Trayektoriyanı həmişə öz zolağınızdan planlayın. Qarşı zolağa keçmək nəinki qanuna ziddir, həm də təhlükəlidir.
YHQ 42-ci maddəni yadda saxlayın: “Kəsişməni tərk edərkən qarşıdan gələnlərin yoluna çıxmaq olmaz.”
Bu kimi incə, amma həyati vacib qaydaları bilməklə – həm özünüzü, həm də başqalarını təhlükədən qorumuş olursunuz.
Yenilənib: 03 May 2025 · Mənbə: AvtoStop redaksiyası



