YHQ-nin 48-ci maddəsinin 3-cü bəndinə baxmağımız kifayət edər ki, burada tramvayların üstünlük hüququna malik olduğunu bilək.
Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir.
Əgər sürücü burada tramvaya yol verməzsə, İXM-in 327.2-ci maddəsi ilə 100 manat cərimələnəcək.

Yenilənib: 25 Noyabr 2025 · Mənbə: AvtoStop redaksiyası



