Bu dəfə yaşayış zonasında avtomobil sürücüsü ilə velosipedçi qarşılaşırsa, kimin üstün olmasını qanunla izah edəcəyik.
Yaşayış zonasında avtomobil sürücüsü və velosipedçi: Kim üstün sayılır?
Siz düz yolunuzla gedirsiniz. Velosipedçiyə yol verməlisinizmi?
A) Xeyr, biz birinci keçməliyik, çünki sağdan gələn üstündür.
B) Bəli, velosipedçilər üstün hüquqa malikdirlər.
Gəlin, qanuna baxaq.
İlk növbədə ərazidə quraşdırılmış yol nişanının mənasını bilməliyik. Yol Hərəkəti Qaydalarının (YHQ) 1-ci maddəsinin 50-ci bəndinə əsasən, yaşayış zonası – yaşayış məntəqəsinin giriş və çıxışları 5.51 və 5.52 nişanları ilə işarələnmiş hissəsidir.
Daha sonra YHQ-nin 45-ci maddəsinə baxaq:
Yaşayış zonasında piyadalar həm səkidə, həm də yolun hərəkət hissəsində sərbəst hərəkət edə bilərlər. Bu ərazidə piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkətinə əsassız maneə yaratmamalıdırlar.
Bəs velosipedçilər necə?
Əgər yaşayış zonasının nişanında velosiped işarəsi də varsa, bu, həmin ərazinin velosiped zonası kimi də qəbul edildiyini göstərir. Yəni, bu ərazidə velosipedçilər də piyadalar kimi üstünlük hüququna malikdirlər.
Nəticə: Yaşayış zonasına daxil olan avtomobil sürücüləri velosipedçilərə yol verməlidirlər.
Yenilənib: 10 May 2025 · Mənbə: AvtoStop redaksiyası



