AR YHQ-nin 49-cü maddəsinə əsasən, hərəkət istiqamətində üç və daha çox hərəkət zolağı olan yollarda, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri sol kənar zolaqdan yalnız sola dönmək və ya geriyə dönmək üçün istifadə edə bilərlər.

Buna görə də, düz hərəkət etmək bu qaydanın pozulması hesab ediləcək və AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat cərimə ilə cəzalandırılacaq.

Bundan əlavə, qoşqulu yük maşınının  B trayektoriyası üzrə daxil olması“Qoşqu ilə hərəkət qadağandır” ilə qadağan edilib.

Bu qaydanın pozulması isə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimə ilə nəticələnə bilər.

Yekunda, sürücü yalnız C trayektoriyası ilə hərəkət edə bilər.

Yenilənib: 25 May 2025 · Mənbə: AvtoStop redaksiyası