HB 1.2.3.4.5 və s işarələnməli lampalar isə amerika standardına işarədir. İndi isə lampaların və faraların işarələnməsi haqqında. Bu videoda göstərdiyimiz lamparın heç biri işarələnməmişdir. Bu o deməkdir ki, lampanı nizamlayıcı ilə birgə tətbiq etsəniz belə qaydanı pozmuş olacaqsınız.
1. Təsdiqləyici ölkə.
ABŞ avtomobillərin DOT, Avropada E yazılır.
2. Faranın təyinatı
A: Yan faralar
B (və ya F3): Duman əleyhinə faralar
C: yaxınvuran
R: uzaqvuran
CR: yaxın və uzaqvuran
C/R: yaxın və ya uzaqvuran
3. H4 lampasının təyinat reqlamenti
HC: Yaxınvuran hallogen
HCR: yaxın və uzaqvuran hallogen
HC/R: Yaxın və ya uzaqvuran hallogen
4. Ksenon lampa üçün işarələnmə
DC: yaxınvuran
DR: uzaqvuran
DC/R: yaxınvuran və ya uzaqvuran
5. İşıqlanma
Lyuksla : 7.5; 10; 12.5; 17.5; 20; 25; 27.5; 30; 37.5; 40; 45; 50.
6. Hərəkət istiqaməti
Əgər farada oxlar işarəsi varsa, demək bu fara sol hərəkətli yolar üçün nəzərdə tutulub.
Əgər oxlar yoxdursa, demək sağ tərəfli hərəkət üçündür. İkibaşlı oxdursa, o zaman hər iki hərəkət sistemi üçün yararlıdır.
HCHR işarələnməsi isə yapon avtomobillərində — HID C Halogen R- yaxın ksenon, uzaqvuran hallogen deməkdir.

Lampanın üzərində bu yazılar olmadıqda, bu lampaları istifadə etmək düzgün deyil. Həmçinin, 2000 lümyendən artıq işıqlanması olan lampalar mütləq avtonizamlayıcı ilə birgə istifadə edilməlidir. Farada H , lampada U işarəsi hallogen lampaya işarə edir və LED lampa hallogeni əvəz edə bilir. LEd lampaların ayrıca işarələnməsi olmadığına görə hallogen yerinə istifadə edilə bilər.
Duman işıqlarında isə B (və ya F3) işarələnməsinin yanında mütləq MD (modul diod) yazılması lazımdır. Yəni, duman işığı bizdə H3-dür, farad MD yazılıbsa o zaman biz H3 LED quraşdıra bilərik. Quraşdırdığımız H3 lampada isə mütləq yuxarıda göstərilmiş şəkildə işarələnmə olmalıdır. Bu olmasa, o zaman standardan kənar lampa quraşdırmış oluruq. Bu isə 150 manat cərimədir.
Yenilənib: 13 Noyabr 2024 · Mənbə: AvtoStop redaksiyası



