Maddə 122: Foto və Video Qeydiyyat Vasitələri ilə Aşkar Edilmiş İnzibati Xətalar
Maddə 122-də kamera vasitəsilə qeydə alınmış qayda pozuntularının rəsmiləşdirilməsi qaydaları bənd-bənd göstərilib.
Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə:
- Xüsusi texniki vasitələrdən alınan məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.
- Bu məlumatlar əsasında inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan elektron sənəd şəklində qərar qəbul edilir.
- Qərar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron formada təsdiqlənir.
- Təsdiq edilmiş qərar real vaxt rejimində səlahiyyətli əməkdaş tərəfindən elektron imza ilə təsdiqlənərək icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.
Yəni, qayda pozuntusu kamera vasitəsilə qeydə alındıqdan sonra:
-
İlk olaraq SMS vasitəsilə xəbərdarlıq alırsınız.
-
Daha sonra poçt vasitəsilə rəsmi məktub ünvanınıza göndərilir.
Qanunda Nəzərdə Tutulan Qadağalar
Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr vasitəsilə aşkar edilmiş qayda pozuntularına görə nəqliyyat vasitəsini dayandıraraq protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmək qadağandır.
Bu cür xətalar yalnız Maddə 122.1-də göstərilən qaydada elektron qərar şəklində rəsmiləşdirilməlidir. Beləliklə, aşağıdakı hallar qanunla icazəsizdir:
- Yolda və ya postda kameraya düşmüş qayda pozuntusuna görə avtomobili saxlamaq.
- “Radara düşmüsən” və ya “ötməni səhv etmisən” tipli bəhanələrlə sürücünü protokol yazılması üçün dayandırmaq.
Postlarda Sənədlərin Yoxlanması
Qanun postlarda sürücünün sənədlərinin yoxlanmasına icazə verir, lakin bu yalnız qanun pozuntusu ilə bağlı deyil. Lakin “gəl postda kameraya bax” və ya kamera görüntülərinə əsasən sürücünü saxlayıb protokol yazmaq qanunda nəzərdə tutulmayıb.
Bu qaydalar sürücülərin hüquqlarını qorumaq və inzibati xətaların düzgün qaydada rəsmiləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Yol hərəkəti qaydalarına riayət etməklə siz həm öz təhlükəsizliyinizi təmin edirsiniz, həm də qanun pozuntularından yayınmış olursunuz.
Yenilənib: 04 Noyabr 2024 · Mənbə: AvtoStop redaksiyası



