YHQ mövzusu üzrə bütün AvtoStop məqalələri. Cəmi: 27.
Ksenon lampaların istifadəsi: qadağa varmı? Ksenon lampalarının istifadəsi ilə bağlı qaydalar bir çox sürücülər üçün anlaşılmaz qalır. İlk olaraq qeyd etmək lazımdır ki, ksenonların istifadəsi ilə bağlı birbaşa qadağanı Yol Hərəkəti Qaydalarında (YHQ) tapa bilməzsiniz.
Arxaya hərəkət etmək yol hərəkətində ən təhlükəli manevrlərdən biri hesab edilir. Bu zaman sürücünün diqqəti maksimum olmalıdır, çünki bu manevr həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün risklidir. Buna baxmayaraq, bir çox sürücü gün ərzində müxtəlif səbəblərlə bu manevri həyata keçirir: yanacaqdoldurma məntəqəsini ötürmək, düzgün yerə dönə bilməmək və ya park üçün uyğun yer tapmaq üçün.
Bir çox sürücü avtobus zolaqlarının yaradılmasını mənasız hesab edir. “Bakıda küçələr onsuz da dardır”, “Tıxacları daha da artıracaq”, “Başqa problemləri həll etsinlər, sonra avtobuslara zolaq ayırsınlar” kimi fikirlər bu narazılığın əsasını təşkil edir.